31 Aug '22

EMIN VƏ JONY “LUNNAYA NOÇ” KLİPİNİ TƏQDİM ETDİLƏR

EMIN və JONY yayı uzadaraq dinləyicilərinə birlikdə ifa etdikləri “Lunnaya noç” mahnısına çəkilən yeni klipi təqdim etmək qərarına gəldilər. Baxmaq üçün https://youtu.be/EBZp9lW3YzQ

Klip, hər iki sənətçinin vətəni olan Azərbaycanda lentə alınıb. Klipin ab-havası yay əhval-ruhiyyəsi, Xəzər dənizinin mənzərələri, səhərə qədər çimərlik rəqsləri və təbii ki, sevgi leytmotivi ilə doludur. “Lunnaya noç” klipi Bakı yaxınlığında yerləşən Sea Breeze istirahət mərkəzinin ərazisində çəkilib. Rəsmi təqdimat ərəfəsində sənətçilər yeni videonu simvolik olaraq məhz burada təqdim etdilər

EMIN klipin təqdimatını belə şərh edib: “Çox sevindirici haldır ki, biz bu gün Bakıda, Xəzər dənizinin sahilində çəkilmiş ikinci klipi təqdim edirik. Ümid edirik ki, bütün izləyicilər yayın son günündə əsl yay ab-havasına qovuşacaqlar və vətənimizə gəlmək istəyəcəklər”.

JONY də təəssüratları ilə bölüşüb: “Eminin sözlərinə qatılıram və ona doğma vətənimizdə klip çəkmək fikrinə görə təşəkkür etmək istəyirəm. Burada olmaq və yeni birgə işimizi təqdim etmək mənim üçün böyük şərəfdir. Həmçinin məni daima hərarətlə qarşılayan və hər şeydə dəstək olan Bakıdakı pərəstişkarlarıma da təşəkkür etmək istəyirəm”.
Musiqi və sözlərin müəllifləri – EMIN, JONY
Rejissor: Samir Tahirov