28 Apr '22

Xəzər sahilində musiqi ilə dolu yaya hazırsınız? O zaman bu yayınız da Sea Breeze-də keçməlidir!

EMIN “SEA BREEZE Summer LIVE” solo konsertlər mövsümünü açıq elan edir.

İyunun 18-də Azərbaycanın xalq artisti, müğənni və musiqiçi EMIN, Sea Breeze kurortunun ərazisində open-air solo konserti ilə çıxış edəcək.

Bakı pərəstişkarları üçün EMIN bir çox sevimli hitlərini ifa edəcək, həmçinin yeni mahnılar da təqdim edəcək. "Отпусти и лети", "Девочка Моя", "Нежная", "МММ", "Still", "Boomerang", "Good Love" – və bir çox digər treklər gecənin proqramına daxil ediləcək. Unudulmaz musiqi axşamından və gözəl atmosferdən həzz alacaqsınız.

SEA BREEZE Summer LIVE — iyun-avqust aylarında Sea Breeze-də keçiriləcək canlı konsertlər silsiləsidir. Hər yeni həftə sizi məşhur ifaçıların konserti gözləyəcək.

Biletlər satışda:

https://iticket.az/ru/events/concerts/sea-breeze-summer-live-emin