7 Aug '19

EMIN dünya turnesinə yola düşür!

GOOD LOVE TUR öz sərhədlərini genişləndirir. Artıq 2019-2020-ci illərdə EMIN dünyanın rekord sayda şəhərlərinə səfər etməyi planlaşdırır!

Sentyabrda EMIN Almaniyanın Berlin, Hamburq və Düsseldorf/Noys şəhərlərində konsertlər verəcək. Fevralda ABŞ-da (Nyu-York, Çikaqo və Los-Ancelesdə), həmçinin Kanadada (Toronto) tamaşaçılarla çoxdan gözlənilən görüşlər keçiriləcək.

Turun coğrafiyası Belarusu (Minsk), İsraili (Təl-Əviv) və Avropa ölkələrini - Çexiyanı (Praqa), Avstriyanı (Vyana), Böyük Britaniyanı (London) da əhatə edəcək. Əlbəttə, Rusiyada da konsertlər olacaq. Bu ölkənin Vladivostok, Xabarovsk, Yujno-Saxalinsk, Kemerovo və Tomsk şəhərlərində artist ilk dəfə olacaq, Soçi, Krasnodar, Stavropol və bir sıra başqa şəhərlərdəki tamaşaçılarla isə EMIN hər il turne çərçivəsində görüşlər keçirir. Moskvada və Bakıda konsertlər artıq ənənəyə çevrilib.

Tamaşaçıları musiqi bendi, nəfəs alətləri seksiyası və perkussiyanın müşayiəti ilə unudulmaz şou, yalnız canlı ifa, yeni hitlər, “Good Love” və “Неба не боялись” adlı son albomlardan auditoriyanın artıq xoşladığı ingilisdilli və rusdilli kompozisiyalar, çoxsaylı sürprizlər, ən pozitiv emosiyalar və səmimi atmosfer gözləyir!

Sizin şəhərinizdə görüşəcəyik!

Biletlər

Şəhərlər:
12 Sentyabr — Berlin, 13 Sentyabr — Hamburq, 14 Sentyabr — Düsseldorf/Noys, 21 Sentyabr — Soçi, 9 Oktyabr — Xabarovsk, 10 Oktyabr — Vladivostok, 11 Oktyabr — Yujno-Saxalinsk, 16 Oktyabr — Kemerovo, 17 Oktyabr — Novosibirsk, 18 Oktyabr — Tomsk, 19 Oktyabr — Krasnoyarsk, 23 Oktyabr — Təl-Əviv, 6 Dekabr — Sankt-Peterburq, 11 Dekabr — Moskva, 25 Dekabr — Bakı, 19 Fevral — Toronto, 20 Fevral — Nyu-York, 22 Fevral — Çikaqo, 23 Fevral — Los-Anceles, 3 Mart — London, 4 Mart — Vyana, 5 Mart — Praqa, 7 Mart — Minsk,
Rusiya: 10 Mart — Krasnodar, 11 Mart — Rostov don, 12 Mart — Stavropol, 13 Mart — Yessentuki.

* proqramda dəyişikliklər edilə bilər.