19 Nov '20

EMIN ÖZ SON MAHNILARINA GÖRƏ PLATİN DİSKLƏR ALIB

Bu gün “ZHARA MUSIC” musiqi leyblinin ofisində EMIN'in ən uğurlu treklərinin toplandığı platin disklərinin təntənəli şəraitdə təqdim edilməsi mərasimi keçirilib.

Çoxlarının arzuladığı mükafatlara layiq görülmüş 8-dən çox trek arasında bu ilin ən son yenilikləri, “Камин” feat. Jony, “Ну почему?” feat. NammAli & Navai duet kompozisiyaları, həmçinin “Девочка Моя”, “Нежная” solo mahnıları və başqa treklər var.

Xatırladaq ki, trekin “platin” statusu alması üçün onun musiqi meydançalarında satış və yüklənmə sayı 100.000-dən çox olmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, “Камин” dueti çox qısa müddət ərzində multiplatin statusu qazanıb. EMİN’in “Мой Азербайджан”, “Я лучше всех живу”, “Я не могу сказать” feat. Ani Lorak və “Сбежим в Баку” mahnıları da müxtəlif mükafatlarla qeyd edilib:

EMIN yaxın gələcəkdə öz yeni sinqlini buraxacağını və pərəstişkarları musiqi sürprizləri ilə sevindirəcəyini vəd edib.


EMIN получил платиновые диски за свои последние песни EMIN получил платиновые диски за свои последние песни