15 Dec '20

EMIN “ДЕВОЧКА МОЯ” MAHNISINA GÖRƏ “QIZIL QRAMMOFON” MÜKAFATINA SAHİB OLUB

Bu istirahət günlərində XXV “Qızıl Qrammofon” musiqi mükafatlarının təqdim edilməsi mərasimi baş tutub. EMIN 19 həftədən artıq müddətdə “Russkoye Radio”nun həftəlik musiqi çartında qalmış “Девочка моя” mahnısına görə çoxlarının arzuladığı heykəlciyə sahib olub.

Xatırladaq ki, EMIN birinci dəfə “Qızıl Qrammofon” mükafatını 2014-cü ildə “Я лучше всех живу” mahnısına görə almışdı.

Dəstək üçün bütün dinləyicilərə təşəkkür edirik!