17 Sep '14

Hazırlaş, Braziliya!

EMIN sentyabrın sonunda Braziliyada debüt silsilə konsertlər üçün Cənubi Amerikaya yola düşəcək. Müğənni Rio-de-Janeyro və San-Paulo şəhərlərində çıxış edəcək. Ən gözlənilən hadisə isə EMIN-in sentyabrın 27-də Braziliya milli televiziyası vasitəsilə praym-taymda birbaşa yayımlanan “Miss Braziliya-2014” müsabiqəsindəki çıxışıdır.
 
Moskvada keçirilən “Dünya gözəli-2013”, eləcə də “Miss Avstriya-2014”  və “Miss Filippin-2014”  yarışmalarından sonra braziliyalı fanatların da EMIN-in canlı ifasını dinləmək fürsəti olacaq. ABŞ-dan sonra məhz Braziliya sənətçinin iTunes-da beynəlxalq satışları üzrə ikinci yerdə olan ölkədir.

EMIN braziliyalı Alanna Da Fonsecanın həmmüəllifi olduğu və portuqal dilindən tərcümədə “sevgi” mənasını verən “AMOR” mahnısını ifa edəcək.

Gələcək konsertlərlə bağlı bütün məlumatlarla “Konsertlər” bölməsində tanış ola bilərsiniz.