12 May '23

EMİN’in yeni “Za minutu do...” albomu işıq üzü gördü.

EMİN yeni rusdilli “Za minutu do...” albomunu təqdim edib. https://bnd.lc/zaminutudo
Albom on dörd solo mahnıdan ibarətdir. Ən yeniləri arasında lirik "İskal tebya" kompozisiyası, Vyaçeslav Bıkovun "Lyubimaya moya" mahnısının cover versiyası və "Blaqodaryu, mama" mahnıları var. Əsas trek “Za minutu do...” (… bir dəqiqə əvvəl) mahnısı oldu. Məhəbbətdən, ayrılıqdan və ya xoşbəxtlikdən - mahnının bu misrasını necə davam etdirmək dinləyicilərin seçiminə buraxılır.

Alboma həmçinin radioda artıq dəfələrcə səsləndirilən və “Qızıl qrammofon” mükafatına layiq görülən “Na obratnoy storone” mahnısı və Konstantin Nonikovun müəllifi olduğu “O lyubvi”, “31.12”, “Rano”, “Unesyonnıe letom” kimi digər mahnılar da daxildir.

EMİN bunları bildirib: “Bu albomda mənim rusdilli yaradıcılığımın bir növ qarışığı var – həm klassik və təsirli balladalar, həm də albomda yer alan mahnıların çoxunun müəllifi Konstantin Nonikov ilə mənim təcrübə aparmağa davam etdiyimiz daha müasir aranjimanlı mahnılar. Dinləyicilərim trek siyahısını bəyənəcəklər, çünki sevdikləri və alboma daxil etməyimi çox istədikləri mahnılar var. İndi yeni duet albomu, həmçinin ingilisdilli albom üzərində işləməyə başlayıram”.
Bir gün əvvəl EMİN “Blaqodaryu, mama” mahnısının klipini də təqdim etdi https://youtu.be/v8ZiXa2V-m4

Albomun trek siyahısı:

1. İskal tebya
2. Za minutu do …
3. Milaya
4. Rano
5. Na obratnoy storone
6. Blaqodaryu, Mama
7. Unesyonnıe vetrom
8. Vremya
9. 31.12
10. More
11. O lyubvi
12. Sçastye – eto tı
13. Karie
14. Lyubimaya moya (Cover)

Mahnıların müəllifləri:

1 – Nonikov Konstantin, Podobreevskaya Yelena 2 – Slonçinskiy Andrey, Qubin Konstantin 3 – Trofimov Yevqeniy 4,5,7,9,11 - Nonikov Konstantin 6 – Maqda İvan, Prixodko Yekaterina 8 – Slonçinskiy Andrey, Raxmanina İnna 10 - Elias Tadeus 12 – Konovalov Aleksandr, Ağalarov Emin, Qonçarova Anna 13 – Stukov Vladimir, Qredin Maksim 14 – Bıkov Vyaçeslav

Səs prodüserləri:
1,4,5,7,9,10,11,13 – Nonikov Konstantin
2,6,8,12,14 – Konovalov Aleksandr
3 – Faerman Timofey