17 Nov '23

EMIN BEYNƏLXALQ ARENAYA QAYIDIR. XƏYALLARIN ALBOMU NOW OR NEVER.

Çoxdan gözlənilən ingilis dilli albomun öncədən sifarişi  bütün dünya üçün mümkündür.

EMIN bu gün əfsanəvi Elvis Presley’in yaradıcılığından ilhamlanaraq ərsəyə gətirdiyi NOW OR NEVER adlı yeni albomunu anons etdi. 16 Qremmi mükafatçısı David Foster’in prodüserliyi ilə hazırlanan albom, yenidən işlənmiş 12 klassik kompozisiyadan ibarət olacaq. Siyahıya həmçinin Nicole Scherzinger, Katarina McPhee və Engelbert Humperdinck ilə üç duet də daxil edilib. Albom 9 fevral 2024-cü il tarixində işıq üzü görəcək. Öncədən sifariş bütün dünyada dinləyicilər üçün aşağıdakı linkdən əldə edilə bilər:

https://bnd.lc/bluexmas


EMIN albom haqqında bunları deyir: “Musiqi karyerama Elvis’i dinləmək və onun kimi musiqi yaratmağı öyrənməklə başladım. Bu albom mənim gerçəkləşmiş ən böyük arzumdur. David Foster’lə on il əvvəl tanış oldum və bu görüş mənim üçün çox şeyi dəyişdi. Elvis Presley’in bir neçə mahnısını ifa etdiyimiz Sankt-Peterburqun Saray Meydanındakı birgə konsertimizdən sonra əməkdaşlığımızı davam etdirməyin gözəl fikir olacağını düşündüm. Bu qədər zaman keçdikdən sonra, Elvis’in möhtəşəm mahnılarından bir neçəsini seçərək bu möhtəşəm albomu yaratdıq. David’in toxunduğu hər şey qiymətsiz və ən yaxşılardan olur. Bu albom da belədir – bu, mənim bütün musiqi karyeramı nəzərə alsaq, gördüyüm ən yaxşı işdir”.


Bu gün işıq üzü görən Blue Christmas mahnısı, NOW OR NEVER albomunun ilk rəsmi sinqlidir. Michael Bublé’ın 10 qat platin Christmas albomunun (Böyük Britaniyada bütün zamanların ən çox satılan Milad musiqilərindən biri) prodüseri olan David Foster, sevdiklərimizə hörmət əlaməti olaraq, klassik hiti Elvis üslubunda canlandırır. Blue Christmas mahnısının satışından əldə edilən bütün gəlir xeyriyyə məqsədləri üçün nəzərdə tutulub.


Elvis Presley’in musiqiyə olan məhəbbətini təcəssüm etdirən NOW OR NEVER albomu hamımızın bu qədər sevdiyi klassik musiqinin haqqını verir. EMIN, Elvis Presley’in repertuarından 12 ən sevimli və ən dərin hisslərə toxunan sevgi mahnılarını seçib. Alboma Suspicious Minds, sentimental romantik ballada Can't Help Falling In Love və məşhur Love Me Tender mahnıları da daxildir. 


Tam siyahı:

1 And I Love You So

2 In The Ghetto

3 Don’t Be Cruel

4 Love Me Tender (with Nicole Scherzinger)

5 Unchained Melody

6 It’s Now Or Never (with Katharine McPhee)

7 Make It Through The Night (with Engelbert Humperdinck)

8 Viva Las Vegas

9 Can’t Help Falling In Love

10 Suspicious Minds

11 Until It’s Time For You To Go

12 Blue Christmas


Whitney Houston’un “I Have Nothing”, Toni Braxton’un “Unbreak My Heart” və Celine Dion’un “Because You Loved Me” mahnılarının prodüseri David Foster bunları deyib: “Elə sənətçilər var ki, səni yenidən sənətinə aşiq edir. EMIN tam olaraq belə biridir. O, bütün gözəlliyini və ruhunu bu 12 əfsanəvi mahnıya daxil etmiş möhtəşəm bir sənətkardır. EMIN-in yaradıcılığına uyğun olaraq, albom sürprizlər və xatirələrlə doludur. Mən əldə etdiklərimizlə fəxr edirəm və dünyanın bu albomu eşitməsini səbirsizliklə gözləyirəm”.


EMIN, gəncliyində anasının ona ilk kasetini - Elvis Presley’in albomunu hədiyyə etdiyini və musiqiyə olan həvəsini məhz o anda kəşf etdiyini xatırlayır. Rok-n-roll kralının sənəti gələcək müğənnini musiqi yazmağa, gitara və piano öyrənməyə həvəsləndirir. O, ailə üzvləri və dostları üçün ekspromt konsertlər təşkil edirdi. İndi isə, 30 ildən sonra EMIN bütün dünyada qastrol səfərlərinə çıxır, onun yaradıcılıq fəaliyyətinə 17 albom, onlarla beynəlxalq mükafatlar və dünya üzrə minlərlə çıxışı daxildir.


Bir neçə ildən sonra yenidən qayıtdığı beynəlxalq karyerası baxımından, EMIN’in Jennifer Lopez’lə səhnədəki çıxışlarını, Britaniya hit tarixinin ən uğurlu qruplarından biri olan Take That ilə qastrollarını, və təbii ki, World Music Awards - Azərbaycandan olan ən yaxşı artist mükafatını qeyd etmək olar. EMIN, "Coming Home" mahnısında dünya şöhrətli blyuzmen Joe Bonamassa ilə, BBC Radio 2-də səsləndirilən və Billboard rəqs çartında 9-cu yerə yüksələn "Bumeranq" mahnısında gitaraçı, musiqiçi və prodüser Nile Rodgers ilə əməkdaşlıq edib. İlk ingilisdilli albomlardan biri olan Wonder, BBC Radio 2 tərəfindən həftənin albomu, After The Thunder albomundan mahnılar isə həftənin mahnıları kimi tanınıb. EMIN həmçinin prodüser Brian Rawling (Cher, David Bowie, Kylie Minogue) və Fraser T. Smith (Adele, Stormzy) ilə əməkdaşlıq edib. Ən son ingilis dilli "Good Love" albomu 2019-cu ildə buraxılıb.