27 Jan '26

EMIN "Somethin' Stupid" adlı yeni mahnısını təqdim etdi. Bu sinql yaxın zamanda çıxacaq ingilisdilli "Maybe Tomorrow" albomunda yer alacaq ilk mahnıdır.


EMIN 2026-cı ilin mart ayında çıxacaq ingilisdilli "Maybe Tomorrow" albomundan ilk mahnını təqdim etdi. O bu sinql üzərində əfsanəvi prodüser David Foster ilə birlikdə çalışıb. Trek-listə "You Are So Beautiful", "It's Impossible" və "Love Story" də daxil olmaqla, dünyaşöhrətli 12 hitə yazılmış kaver, eləcə də istedadları ilə bütün dünyada sevilən sənətçilər – Amanda Holden, Andrea Corr, Richard Marx və Sheila E ilə birgə ifalar daxildir. Albomu artıq öncədən sifariş etmək olar:
https://slinky.to/MaybeTomorrow

"Somethin' Stupid" britaniyalı aktrisa və müğənni Amanda Holden ilə duetdir. Sənətçilər klassik hiti müasir interpretasiyada ifa ediblər. Mahnı Frank və Nensi Sinatranın ifasında məşhurlaşıb və daha sonra Robbi Uilyams və Nikol Kidman tərəfindən yenidən hitə çevrilib.

EMIN və Amanda Holdenin "Somethin' Stupid" mahnısı orijinalın romantik atmosferini dəbli musiqi elementləri ilə birləşdirərək dinləyicilər üçün tanış melodiyaya yeni bir baxış təqdim edir.