
Mahnı Xəzər dənizinin sahilində keçirilən beynəlxalq musiqi düşərgəsi zamanı Sea Breeze-də yazılıb. Mahnı beynəlxalq müəllif və prodüserlərdən ibarət komanda tərəfindən ərsəyə gətirilib https://slinky.to/OrdinaryLove. Trek üzərində daha əvvəl EMIN-in “Good Love” mahnısının yaradılmasında iştirak etmiş Scott Quinn və Neil Ormandy də çalışıblar. Mahnının prodüseri isə EMIN-in “Boomerang” trekində də çalışmış danimarkalı hitmeyker Cutfather olub.
“Ordinary Love” sevgi, dəniz, günəş və təkrar-təkrar yaşamaq istədiyimiz anlardan bəhs edən melodik və romantik bir mahnıdır. EMIN-in bu yay təqdim etdiyi ilk beynəlxalq reliz Sea Breeze-in atmosferi kimi işıqlı, isti və həyat dolu alınıb.
“Bu mahnını ilk dəfə eşidən kimi dərhal onun özünəxas yay əhval-ruhiyyəsi daşıdığını hiss etdim. Ordinary Love ilk notlardan etibarən cəlb edir. Bu, son vaxtlar etdiyim ilk beynəlxalq relizdir və ümid edirəm ki, dinləyicilər də onu mənim qədər sevəcəklər”, — deyə EMIN bildirib.