10 Dec '24

EMIN Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş albom buraxıb

EMIN özünün növbəti yubileyi ərəfəsində dahi sənətkar və onun həyatında mühüm iz buraxmış Müslüm Maqomayevin əfsanəvi mahnılarından ibarət “Verni mne muzıku” (Верни мне музыку) albomunu təqdim etdi.

https://bnd.lc/vernimuzyku

Alboma hər kəs tərəfindən sevilən 16 tanınmış mahnı daxildir – albomun adı olan “Verni mne muzıku” (Верни мне музыку), ritmik "Koroleva krasotı" (Королева красоты) və "Luçşıy qorod zemli" (Лучший город Земли), qəlblərə toxunan "S rojdeniya do veçnosti" (С рождения до вечности), "Blaqodaryu tebya" (Благодарю тебя), "Nam ne jit druq bez druqa" (Нам не жить друг без друга), əfsanəvi "Luç solntsa zolotoqo" (Луч солнца золотого), "Sinyaya veçnost" (Синяя вечность) və bir çox başqa sevimli nəğmələr. Hər bir kompozisiya yeni səslənmə, lakin Müslüm Maqomayev dövrünün ab-havası və orijinallığı ilə tərtib olunub.

“Müslim Maqomayev təkcə mənim musiqi zövqümü deyil, həm də musiqiyə əsl sevgimi formalaşdırıb. Onun sayəsində oxumaq istədiyimi başa düşdüm. Həyatımın musiqi ilə dolmasını istəyirəm. Kimin ağlına gələrdi ki, bir vaxtlar mən – Böyük Maestronun hər sözünü böyük həyəcanla dinləyən uşaq bu gün onun mahnılarından ibarət albom çıxaracağam”.

Tamara Sinyavskaya həyat yoldaşı Müslüm Maqomayevə həsr olunmuş albom ideyasını ürəkdən dəstəklədi: “Musiqi ilə dolu həyatında gözəl, çox peşəkar və səmimi iş münasibətilə səni təbrik edirəm! Müslüm Maqomayevin xatirəsini uca tutduğun üçün və onun musiqi irsinə sevgi və hörmətinə görə sənə təşəkkür edirəm! Sadəcə afərin! Hər şey ən yüksək səviyyədədir. Uğurlar."

Albom trek siyahısı
“Verni mne muzıku” (Верни мне музыку)
Müslüm Maqomayevin xatirəsinə:

1 “Verni mne muzıku” (Верни мне музыку)
2 “Ne speşi” (Не спеши)
3 "Luç solntsa zolotoqo" (Луч солнца золотого)
4 "Lunnaya serenada" (Лунная серенада)
5 "Noktyurn" (Ноктюрн)
6 "Koroleva krasotı" (Королева красоты)
7 "Blaqodaryu tebya" (Благодарю тебя)
8 "Luçşıy qorod zemli" (Лучший город Земли)
9 “Melodiya” (Мелодия)
10 “Pozovi menya” (Позови меня)
11 "S rojdeniya do veçnosti" (С рождения до вечности)
12 "Nam ne jit druq bez druqa" (Нам не жить друг без друга)
13 “Veçer na reyde” (Вечер на рейде)
14 “12 mesatsev nadejdı” (12 месяцев надежды)
15 “Vesenniy kray – Azerbaydjan” (Весенний край — Азербайджан)
16 "Sinyaya veçnost" (Синяя вечность) (Müslüm Maqomayevlə duet, CANLI)

İdeya müəllifi və ifaçı Emin Ağalarov, prodüser Konstantin Nonikovdur. Albom müxtəlif ölkələrin musiqiçilərinin iştirakı ilə hazırlanıb.