Sentyabrın 22-də ən böyük konseptual VEGAS əyləncə şopinq moll və milli "MUZ-TV" telekanalı böyük vüsətlə öz Ad Günlərini qeyd edəcəklər. Həmin gün ənənəvi "Partiya zonası"-dan başqa "Uşaq partiya" zonası və "Gecə diskoteka OPEN-AIR" keçiriləcək, orada bizim şou-biznesin ən ulduz ifaçıları iştirak edəcəklər. Bu axşam bütün pərəstişkarları ən aktual musiqi, çoxlu xoş sürprizlər gözləyəcək, amma əsl premyera ən xoş və ahəngdar olmağını vəd edir - EMIN VEGAS səhnəsində ilk dəfə çıxış edəcək və artıq dünya hitinə çevrilmiş "AMOR" sinqlını ifa edəcək.
Xatırladaq ki, "Amor" ingilisdilli klipin Youtub-a salındıqdan sonra birinci ay ona bir milyon nəfər baxmışdır. Hazırda bu rəqəm 4 600 000 keçib - Eminin yaradıcılığının bütün tarixi ərzində ən çox sayı olub. Los-Ancelesdə bu sinqlın klipinin çəkilişlərində Dünya Gözəli-2012 Oliviya Kulpo (Olivia Culpo) iştirak edib. Los-Ancelesdə bu yaxınlarda klipin çəkilişləri başa çatıb,klipin rejissor və prodüserləri Ledi Qaqa üçün klip yazan və Grammy mükafatının sahibləri Kris Sims və Keti Anqstadt oldular. "Amor" - American Music Award 2008 mükafatının sahibi Nyu-York prodüseri Əli Di ilə birlikdə yazılan Eminin yeni albomundan olan ilk sinqlıdır.
Mayın əvvəlində daha bir önəmli hadisə də olub - EMIN Sony/atv Music Publishing aparıcı musiqi nəşriyyatı ilə müqavilə bağlayıb.Nəşriyyat Beyons (Beyonce), Adel (Adele), Enrike İqlesias (Enrique Iglesias), Əliş Kis (Alicia Keys) və Lady Gaga (Lady Gaga) dünya ulduzlarından başqa onun müəlliflik hüququnu təmsil edəcək.
Rəsmi sayt: