1 Feb '24

EMİN və Engelbert Hamperdink “Now Or Never - Help Me Make It Through Night” albomundan olan ikinci sinqlın premyerasını təqdim edir.

Bu gün EMİN yeni "Now Or Never” albomundan ikinci mahnısını, yəni əfsanəvi Engelbert Hamperdink ilə duetini və onların “Help Me Make It Through Night” birgə mahnısını təqdim etdi. Bu duet, Elvis Presli mahnılarının yenidən canlandırılmış koverlərini özündə əks etdirən albomda yer alan 3 mahnıdan biridir, burada Nikol Şerzinger və Katarina Makfi ilə birgə ifa edilən mahnılar da yer almışdır. Albom fevralın 9-da işıq üzü görəcək.


EMİN əfsanəvi Engelbert Hamperdink ilə ilk dəfə 10 il bundan əvvəl Bakıda tanış olub. O zaman maestro Böyük Britaniyanı beynəlxalq Avroviziya mahnı müsabiqəsində təmsil edirdi, EMİN isə mərasimə dəvət almış sənətçi qonaqlardan biri idi. Müsabiqədən sonra sənətçilər arasında ünsiyyət və dostluq davam edirdi və bu ünsiyyətin kulminasiya nöqtəsi sözügedən təsirli duet oldu.


      “Mən Hamperdinkin musiqisinə yeniyetmə vaxtı aşiq olmuşdum. Məni onunla Elvis Presliyə olan fanatizmimi müşahidə edən atam tanış etdi. Valideynlərim Hamperdinki dinləməyi çox sevirdilər və məndə hətta anamın gənc qız ikən Engelbert albomu ilə birgə çəkdirdiyi fotoşəkil də var. Kimin ağlına gələrdi ki, bu qədər il keçdikdən sonra onunla duet yazdırım. Bu, sadəcə inanılmazdır!” - EMİN belə deyir.


2023-cü ilin yayında britaniyalı sənətçi Bakıda olub və onlar duetlərini ilk dəfə EMİN-in konsertində təqdim ediblər. 2024-cü ildə Engelbert Hamperdink Bakıya qayıdacaq və “Dream Fest” beynəlxalq musiqi festivalında çıxış edəcəkdir.


Help Me Make It Through The Night Elvis Preslinin musiqiyə olan sevgisini təcəssüm etdirən “NOW OR NEVER” albomunda EMİN-in ən sevimli mahnılarından biridir. 16 Qremmi mükafatı laureatı David Fosterin prodüseri olduğu albom 12 yenidən işlənmiş klassik kompozisiyadan ibarətdir. Alboma hit olan “Suspicious Minds”, sentimental romantik ballada olan “Can't Help Falling In Love” və məşhur “Love Me Tender” daxildir. Dinləyicilər bütün dünya üzrə öncədən sifarişi aşağıdakı linkdən edə bilər:

https://slinky.to/EMINNowOrNever


Treklərin siyahısı


And I Love You So

In The Ghetto

Don't Be Cruel

Love Me Tender (with Nicole Scherzinger)

Unchained Melody

It's Now Or Never (with Katharine McPhee)

Help Me Make It Through The Night (with Engelbert Humperdinck)

Viva Las Vegas

Can't Help Falling In Love

Suspicious Minds

Until It's Time For You To Go

Blue Christmas