
EMIN aktiv yaradıcılıq fəaliyyətinin 20-ci ildönümündə "Maybe Tomorrow" albomunu dinləyicilərinin ixtiyarına verdi. Bu albom sənətçinin əfsanəvi prodüser David Foster ilə əməkdaşlıqda ərsəyə gətirdiyi ikinci ingilisdilli albomdur. Belə ki, alboma daxil olan mahnılar Los-Ancelesdə məhz Fosterin studiyasında aranjiman və vokallara xüsusi diqqət yetirilməklə lentə alınıb. Hər bir mahnı EMIN tərəfindən xüsusi olaraq seçilib və əsərlərin ilkin versiyasının musiqi irsinə dərin hörmətlə aranjiman edilib. Bəzi nəğmələr kamera musiqisi kimi və ya orkestrin müşayiəti ilə, bəziləri isə müasir tərzdə təqdim edilib. Mahnıları dinləmək üçün bu linkdən istifadə etmək olar: https://band.link/maybetorrow.
Albomda "You Are So Beautiful", "It's Impossible" və "Love Story" də daxil olmaqla, 12 məşhur hitin kaverləri yer alıb. Albomda parlaq duetləri də dinləmək olar: Amanda Holden ilə "Somethin' Stupid", Andrea Corr ilə "When You Were Sweet Sixteen", Richard Marx ilə "Right Here Waiting" və Sheila E ilə "Quando Quando Quando" mahnısı. "Ən sevdiyim mahnılardan bəzilərini bu alboma daxil etdik və mən onlardan bəzilərini belə məşhur musiqiçilərlə birlikdə ifa etdiyim üçün inanılmaz dərəcədə şanslıyam”, deyə EMIN qeyd edib. Bu ifalar sayəsində yeni albom həm sənətçinin pərəstişkarları, həm də yüksəkkeyfiyyətli və dünyasəviyyəli musiqini qiymətləndirən dinləyicilər üçün daha da böyük maraq doğurur.
Mahnıların siyahısı:
1 It’s Impossible
2 Home
3 Maybe Tomorrow
4 A Song For You
5 Quando Quando Quando | Sheila E
6 You Are So Beautiful
7 Right Here Waiting | Richard Marx
8 Love Story
9 Make The World Go Away
10 When You Were Sweet Sixteen | Andrea Corr
11 I'll Never Fall In Love Again
12 Somethin' Stupid | Amanda Holden
Onilliklər boyu insanları bir araya gətirən və heç zaman dəbdən düşməyən dünya şedevrləri albomun əsasını təşkil edir. “Şadam ki, David Foster ilə birgə bu albomu yaza və buraxa bildik. Buradakı hər mahnı həyatım boyu mənimlə qalacaq xüsusi xatirələri özündə saxlayacaq”, deyə EMIN vurğulayıb. "Maybe Tomorrow" sözləri özündə həm gələcəyə ümid və sabaha inam hisslərini doğuran zərif vəd kimi səslənir, həm də hər bir işi sevgi ilə görərək, bu gün də olmasa, sabah mütləq möcüzənin baş verəcəyindən əmin edir.